...

Bakı Slavyan Universitetində Bolqarıstana həsr olunmuş sərgi açılıb

Cəmiyyət Materials 14 Aprel 2011 16:04 (UTC +04:00)
Bakı Slavyan Universitetində Bolqarıstana həsr olunmuş sərgi açılıb.
Bakı Slavyan Universitetində Bolqarıstana həsr olunmuş sərgi açılıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

Bakı Slavyan Universitetində (BSU) Bolqarıstana həsr olunmuş sərgi açılıb. Trend-in məlumatına görə, bu barədə BSU-nun mətbuat mərkəzindən bildirilib.

"Bolqarıstan dövləti və bolqarlar qədim dövrdən bu günə kimi" mövzusunda sərginin açılışında BSU-nun tələbə və müəllimləri ilə yanaşı, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov da iştirak edib. Sərginin açılışında BSU-nun rektoru, professor Kamal Abdullayev bildirib ki, sərgi azərbaycanlı tələbələrin bugünüi Bolqarıstanı daha yaxşı tanımaları və sevmələri üçün bir mənbə olacaq. "Bu sərgi çox dərin sərgidir, çünki sizin hər birinizi həmin dövrlə daha yaxından tanış olmağa dəvət edir", - rektor deyib.

Bolqarıstanın səfiri tədbirdə bildirib ki, mayın 24-də "Slavyan yazısı və mədəniyyəti" günündə esse müsabiqəsi təşkil olunacaq və müsabiqədə qalib olan müəllif Bolqarıstana səfərlə mükafatlandırılacaq.

Bolqarıstandan gəlmiş mütəxəssislər BSU-nun müəllim heyəti ilə görüşüb, "Milli və ümumi Avropa təhsil sistemi: ümumi cəhətlər və xüsusiyyətlər" mövzusunda "dəyirmi masa" keçirilib, bolqarşünas tələbələrə isə "Milli, regional və ümumi tarix: xronologiya, metodologiya və mənbələrlə iş problemi" mövzusunda mühazirə oxuyublar.

Bolqarıstan nümayəndə heyəti Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Tarix fakültəsindən bir qrup mütəxəssisdir - Sofiya Universitetinin Tarix fakültəsinin dekan müavini, Bolqarıstan tarixi kafedrasının dosenti Todor Popnedelev və Sofiya Universitetinin "Avropa dialoqu" Doktorant və Postdoktorant Tədqiqatları İnstitutunun direktoru, Yeni və müasir tarix kafedrasının dosenti Kostadin Qrozev.

Xəbər lenti

Xəbər lenti