...

Bakı məktəbinin sinif rəhbərinə şagirdlərdən pul tələb etdiyinə görə ciddi xəbərdarlıq edilib

Cəmiyyət Materials 22 Aprel 2011 11:21 (UTC +04:00)
Şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Bakının Xəzər rayonundakı 183 saylı məktəbin sinif rəhbərinə ciddi xəbərdarlıq edilib.
Bakı məktəbinin sinif rəhbərinə şagirdlərdən pul tələb etdiyinə görə ciddi xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Bakının Xəzər rayonundakı 183 saylı məktəbin sinif rəhbərinə ciddi xəbərdarlıq edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Təhsil Nazirliyinin məlumatında deyilir.

Nazirlik martda "qaynar xəttə" daxil olan şikayətlər əsasında orta məktəblərdə araşdırma aparıb. Daxil olan şikayətlərin çoxu - 163-ü orta məktəblərlə bağlı olub. Orta məktəblər üzrə bütün şikayətlərin 35 faizi anonim olub, 40 faizi isə öz təsdiqini tapmayıb.

Martda Təhsil Nazirliyinə ali məktəblərlə bağlı 24 şikayət daxil olub. Bunun 21 Azərbaycan Beynəlxalq Universitetinin məzunlarına sənədlərin verilməsi ilə əlaqədar olub.

Ötən ay nazirliyə ümumilikdə 1707 müraciət daxil olub. Bunun yalnız 217-si şikayət olub.

Xəbər lenti

Xəbər lenti