...

Gələn ay jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək - Vüqar Səfərli

Cəmiyyət Materials 27 Aprel 2011 13:33 (UTC +04:00)
May ayında jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşəbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.
Gələn ay jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək - Vüqar Səfərli

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir T.Hacıyev/

May ayında jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşəbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq binanın smeta sənədləri hazırlanmaq üzrədir.

Səfərli onu da bildirib ki, hansı jurnalistlərə evlərin verilməsi məsələsinə bina tikilib qurtardıqdan sonra aydınlıq gətiriləcək.

"Hələ ki, həmin kriteriyalar müəyyənləşməyib. Binanın təhvil verilməsinə beş-altı ay qalmış elan veriləcək və hər bir jurnalist müstəqil olaraq öz sənədlərini verə biləcək", - icraçı direktor əlavə edib.

Xəbər lenti

Xəbər lenti