Azərbaycan, Bakı, 29 aprel /Trend/
Sabah Azərbaycanda havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı, duman olacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 2-6, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanda əsasən yağmursuz hava müşahidə olunacaq
Sabah Azərbaycanda havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
