...

Qaçaqmalçılıqda ittiham olunan Rusiya vətəndaşına 7 il iş verilib

Cəmiyyət Materials 29 Aprel 2011 17:18 (UTC +04:00)
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Azərbaycandan Rusiyaya 1 milyon 700 min manat dəyərində xarici valyuta keçirməkdə təqsirləndirilən Abdulla Maqomedova hökm oxunub.
Qaçaqmalçılıqda ittiham olunan Rusiya vətəndaşına 7 il iş verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan məhkəməsi qaçaqmalçılıqda ittiham olunan Rusiya vətəndaşına 7 il cəza verib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Azərbaycandan Rusiyaya 1 milyon 700 min manat dəyərində xarici valyuta keçirməkdə təqsirləndirilən Abdulla Maqomedova hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Maqomedov ötən ilin sentyabrında Azərbaycan-Rusiya sərhədində gömrük əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq ( 206-cı) maddəsi ilə ittiham olunub.

Xəbər lenti

Xəbər lenti