...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 2 May 2011 17:22 (UTC +04:00)
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi mükafata layiq görülüb.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi mükafata layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Hacıyev/

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi mükafata layiq görülüb. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tbilisidə gənc və yeniyetmələrin yaradıcı kollektivlərinin mükafatlandırılma mərasimi keçirilib. Gürcüstanın gənc və yeniyetmələrdən ibarət rəqs qrupları və ifaçıları arasında keçirilmiş müsabiqədə Marneulidən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs qrupu da iştirak edib.

Gürcüstanın Birləşmiş Həmkarlar İttifaqının nümayəndəsi, tanınmış şairə, tibb elmlər doktoru Nana Tsintsaidze tədbiri açıq elan etdikdən sonra bir-birinin ardınca səhnəyə çıxan Gücüstanın müxtəlif bölgələrindən gəlmiş rəqs qrupları və ifaçılar çıxış ediblər.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs qrupunun "Yallı", "Odlar yurdu" və "Cücələrim" rəqsləri, aşıq Samirin isə saz havaları tamaşaçıların alqışları ilə müşayiət olunub.

Tədbirin sonunda 2010-cu ilin nəticələrini elan edilib. Münsiflər heyətinin qərarına əsasən, ifaçılar arasında Tbilisi, Qori, Quriya, Çürciani və digər bölgələrin təmsilçiləri ilə yanaşı, Azərbaycanlıların Mədəniyyət Mərkəzinə Gürcüstanda Azərbaycan mədəniyyətini layiqincə təmsil etdiyinə, eləcə də Mərkəzin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs qrupuna Azərbaycanın folklor rəqs nümünələrini peşəkar şəkildə ifa etdiklərinə görə fəxri diplom və mükafat təqdim olunub.

Xəbər lenti

Xəbər lenti