...

Bakıda şagirdlər və ibtidai sinif müəllimləri üçün keçirilən sınaq yoxlamasının nəticələri məlumdur

Cəmiyyət Materials 3 May 2011 16:02 (UTC +04:00)
İmtahanda zəif nəticə göstərən müəllimlər təkmilləşdrimə kurslarına göndəriləcək.
Bakıda şagirdlər və ibtidai sinif müəllimləri üçün keçirilən sınaq yoxlamasının nəticələri məlumdur

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki orta məktəblərdə təhsil alan IV-V sinif şagirdləri və ibtidai sinif müəllimləri üçün aprelin 27-də riyaziyyat fənni üzrə keçirilən test yoxlamasının nəticələri artıq bəllidir.

İdarənin sektor müdiri Zəminə Əlıqızı Trend-ə bildirib ki, yoxlamanın nəticələri optik oxucular vasitəsilə qiymətləndirilib. Yoxlamanın nəticələri yaxın iki gün ərzində məktəblərə göndəriləcək.

Nəticələr BŞTİ-nin Təhsil Şurasının mayın ortalarında keçirəcəyi iclasda məktəb direktorlarının iştirakı ilə müzakirə ediləcək.

İmtahanda zəif nəticə göstərən müəllimlər isə 2011-2012-ci tədris ilinədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstititunun təkmilləşdrimə kurslarına göndəriləcək.

İdarə rəsmisi deyib ki, şagirdlərin yoxlama qiymətləri yarımilliyin qiymətləri hesablanarkən nəzərə alınacaq.

İmtahanın keçirilməsi üçün riyaziyyat fənninin seçilməsinin əsas səbəbi bu fənnin şagirdlərin məntiqi təfəkkürünün formalaşmasında mühüm rol oynaması ilə bağlıdır. Yoxlamanın nəticələri araşdırılarkən şagirdlərin məntiqi suallara cavabları xüsusilə araşdırılacaq.

Bu il imtahan verən V sinif şagirdlərinin növbəti tədris ilində yenidən sınaq yoxlamasında iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti