...

Həştərxanda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş təntənəli tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2011 19:14 (UTC +04:00)
Rusiyanın Həştərxan şəhərində Dövlət Qulluğu Akademiyasında "Əsrlərlə davam edən Rusiya-Azərbaycan əlaqələrində Həştərxanın rolu" mövzusunda "dəyirmi masa" keçirilib. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, tədbirdə iki ölkə arasında mövcud iqtisadi və mədəni əlaqələr müzakirə olunub və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həştərxanda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş təntənəli tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Rusiyanın Həştərxan şəhərində Dövlət Qulluğu Akademiyasında "Əsrlərlə davam edən Rusiya-Azərbaycan əlaqələrində Həştərxanın rolu" mövzusunda "dəyirmi masa" keçirilib. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, tədbirdə iki ölkə arasında mövcud iqtisadi və mədəni əlaqələr müzakirə olunub və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş mərasimdə Həştərxan vilayəti və şəhər rəhbərliyi, iş adamları, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, diaspor təmsilçiləri, Həştərxanda yaşayan həmvətənlərimiz və tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edənlər, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xidmətlərindən, həyat və fəaliyyətindən, xüsusilə də iki ölkə arasında əməkdaşlığın intensiv inkişafı uğrunda səylərindən söhbət açıblar.

Sonda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, şəhərin mərkəzində yerləşən ulu öndərin abidəsi önünə əklil və gül-çicək dəstələri qoyulub.

Tədbir geniş konsert proqramı ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti