...

Azərbaycan İstanbulda BMT-nin gənclərə həsr olunan konfransında iştirak edəcək

Cəmiyyət Materials 11 May 2011 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Türkiyənin İstanbul şəhərində "Gənclərə sərmayə - sürətli inkişafa yol" konfransında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Konfrans 2010-ci il 12 avqust - 2011-ci il 11 avqust tarixinədək davam edəcək BMT-nin elan etdiyi Beynəlxalq Gənclər İli çərçivəsində təşkil olunur.

Konfransda region çərçivəsində gənclərlə iş sahəsində görülmüş işlər, nəzərdə tutulan layihələr, "Gənclər üçün inkişaf proqramı"nın prioritet məsələləri və gənclər sahəsini əhatə edəcək digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti