...

Azərbaycan futbolunun yubileyində dünyanın 40 futbol federasiyasının rəhbərləri iştirak edəcək

Cəmiyyət Materials 11 May 2011 17:38 (UTC +04:00)
Azərbaycan futbolunun yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçiriləcək təntənəli tədbirdə dünyanın 40 futbol federasiyasının rəhbərləri iştirak edəcək.
Azərbaycan futbolunun yubileyində dünyanın 40 futbol federasiyasının rəhbərləri iştirak edəcək

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan futbolunun yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçiriləcək təntənəli tədbirdə dünyanın 40 futbol federasiyasının rəhbərləri iştirak edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə AFFA-nın vitse-prezidenti Rauf Əliyev deyib.

Onun sözlərinə görə, UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Jozef Blatter de yubiley mərasimində iştirak edəcək.

Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim iyunun əvvəllərində Buta sarayında keçiriləcək.

AFFA tərəfindən dövlət arxivinə müraciət olunaraq, futbolumuzun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplanıb.

Xəbər lenti

Xəbər lenti