...

Bakıda əsaslı təmir-tikinti işləri ilə əlaqədar daha bir yol bağlanıb

Cəmiyyət Materials 13 May 2011 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda əsaslı təmir-tikinti işlərinin aparılması ilə əlaqədar Biləcəri qəsəbəsi ərazisindəki körpüdən Bünyatov adına Poladəritmə zavodunadək olan yol bağlanıb.

Bakı şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Binəqədi şosesi ilə Baksol-Biləcəri yolunun kəsişməsinədək əsaslı yol təmir-tikinti işlərinin aparılması ilə əlaqədar bu yolda avtomobillərin hərəkəti tam müvəqqəti dayandırılıb.

Yolda avtomobillərin hərəkətinə təmir-tikinti işləri başa çatanadək icazə verilməyəcək.

Sürücülərdən nəqliyyatın sıxlığının yaranmaması, yol qəza hadisələrinin baş verməməsi üçün Rəsulzadə qəsəbəsindən Biləcəri qəsəbəsi və Abşeron kəndləri istiqamətindəki alternativ yollardan istifadə etmələri xahiş olunur.

Eyni zamanda, Rəsulzadə qəsəbəsindən Binəqədi qəsəbəsinə və Binəqədi və Abşeron kəndlərindən hərəkət edən sürücülərdən alternativ Bakı-Quba, Bakı-Baksol və Baksol-Biləcəri yollarından istifadə etmələri xahiş edilir.

Xəbər lenti

Xəbər lenti