...

Azərbaycanın Milli Televiziya və Radio Şurası Rusiyanın Birinci kanalının səhvini erməni təxribatı hesab edir

Cəmiyyət Materials 14 May 2011 15:00 (UTC +04:00)
Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın Birinci kanalının səhvini erməni təxribatı hesab edir.
Azərbaycanın Milli Televiziya və Radio Şurası Rusiyanın Birinci kanalının səhvini erməni təxribatı hesab edir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın Birinci kanalının səhvini erməni təxribatı hesab edir.

"Bu, həmin telekanalda işləyən ermənilərin azərbaycanlı auditoriyanı qızışdırmaq məqsədilə təşkil etdikləri təxribat ola bilər", - şənbə günü MTRŞ üzvü Qafar Cəbiyev Trend-ə bildirib.

Mayın 13-də Rusiyanın Birinci kanalında Andrey Malaxovun "Qoy desinlər" populyar şousunda, "Eurovision 2011" mahnı müsabiqəsinin finalının favoritlərinə həsr olunmuş verilişdə Azərbaycan qələbə şansı nisbətən daha çox olan ölkələr sırasında göstərilib. Lakin ölkəmizə aid edilən şəkildə Azərbaycanın bayrağı əvəzinə Ermənistanın bayrağı nümayiş olunub.

MTRŞ üzvü bunun texniki səhv ola bilməsini də istisna etmir. Onun sözlərinə görə, lakin istənilən halda bu, telekanal üçün rüsvayçılıqdır.

"Birinci kanal kimi telekanal öz işini peşəkar səviyyədə təşkil etməlidir. Bir xalqın milyonlarla nümayəndəsinin əsəbləri, hissləri ilə oynamaq olmaz", - Cəbiyev bildirib.

"Nə üçün bəzən xəritələrdə Azərbaycanın ərazi bütövlüyü təhrif edilir? Qoy heç olmasa bir dəfə bu kanallar Yerevanı göstərsinlər və Azərbaycan bayrağını qeyd etsinlər. Nə üçün heç vaxt belə texniki səhvlər baş vermir? Bu, bir daha ermənilərin məkrliyini sübut edir", - Cəbiyev deyib.

Xəbər lenti

Xəbər lenti