Fotoşəkillər əlavə olunub ( İlk xəbər saat 05:31 yayımlanıb)
"Avroviziya 2011" qalibləri Eldar Qasımov və Nigar Camal mətbuat konfransını Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə açdılar.
Duet jurnalistlərin çoxsaylı suallarına cavab verdi
"Allah bizə qələbə gəlməyi kömək etdi"- Nigar söylədi
"Mənə isə babam göylərədən kömək etdi" - Eldar davam etdi ( Xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziə Davudovanın nəticəsidir, Firəngiz Şərifovanın isə nəvəsidir)
"Hami bizə uğur diləyirdi, biz ilk gündən qələbəyə inanırdıq. Bakıya geri dönürük, biz sizi çox sevirik" - Eldar dedi.
"Mayın 10-u Bakıda gül bayramı idi, indi isə biz Bakıya böyük bayram gətirəcik" - Nigar dedi.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").
Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.
Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.
Fotoşəkillər- Avroviziya rəsmi saytı