...

Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq

Cəmiyyət Materials 18 May 2011 12:31 (UTC +04:00)
Mayın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq

Azərbaycan, Bakı, 18 may /Trend/

Mayın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhər zəif duman olacaq.

Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-16, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti