...

Əbülfəs Qarayev: Azərbaycanda Bakı Beynəlxalq Humanitar Forumuna məsuliyyətlə hazırlaşırlar

Cəmiyyət Materials 19 May 2011 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycanda bu il oktyabrın 10-11-də keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumuna hazırlığa lazımi məsuliyyətlə yanaşırlar. "Hər iki dövlətin prezidentlərinin hamiliyi altında belə forumun keçirilməsi ideyasının özü dünya ictimaiyyətinə, ölkələrimizin əhalisinə birbaşa müraciətdir ki, Rusiya və Azərbaycan humanitar sahədə əməkdaşlığın daim genişləndirilməsinin tərəfdarıdır", - Trend-in məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTAR-TASS agentliyinə müsahibəsində deyib.

O əminliyini bildirib ki, humanitar sahə "iqtisadiyyatdan və sosial həyatdan kənar mövcud ola bilməz". "Biri olmadan digəri də mövcud ola bilməz", - nazir öz fikrini izah edib. O hesab edir ki, yeni tarixi şəraitlərdə insan zehni, biliyi, anlayışı və hissiyyatı "hətta ciddi ziddiyyətlərə belə baxmayaraq mövcudluq, əməkdaşlıq üçün yollar və imkanlar tapmağa kömək edib və edəcək".

Qarayev güman edir ki, qarşıdakı Bakı forumu böyük dövlət və mühüm siyasi çəkiyə malik Rusiyadan və cəmi 9 milyonluq əhali və 20 illik müstəqillik təcrübəsinə malik Azərbaycandan humanitar sahədə çağırışlara baxışları müqayisə və təhlil etməyə imkan verəcək. Nazir əmindir ki, müasir mərhələdə çətinlik və problemlərin "yalnız birgə mümkündür" kimi müsbət həllini tapmaq olar, oktyabr forumu da bunu nümayiş etdirmək məqsədi daşıyır.

Nazir bildirib ki, foruma dəvət olunacaq qonaqların siyahısı mayın sonları və iyunun əvvəllərində tərtib ediləcək. O təsdiq edib ki, foruma ABŞ-dan humanitar sahənin xadimləri dəvət olunacaqlar. Qarayev qeyd edib ki, digər ölkələrdən də praktiki olaraq dünyadakı bütün qlobal proseslərə cəlb olunan adamların fikirləri ilə tanışlıq maraqlı olardı.

Xəbər lenti

Xəbər lenti