Litva Jurnalistlər İttifaqının (LJİ) media nümayəndələri arasında keçirdiyi beynəlxalq futbol turnirinin iştirakçılarının siyahısı dəqiqləşib. Trend-in məlumatına görə, sabah Druskininkada təşkil ediləcək turnir ardıcıl 7-ci ildir keçirildiyindən, artıq ənənəyə çevrilib. Bu dəfə yarışa 7 ölkədən 9 komanda qatılacaq.
Turnirdə Azərbaycanı Bakı jurnalistlər yığması təmsil edəcək.
Turnirdə Litva 2 komanda - Vilnüs və Kaunas jurnalistləri ilə təmsil olunacaq. Rusiya yarışa Bryansk və NTV+ telekanalının əməkdaşları ilə gedir. Digər 5 ölkənin hərəsi isə turnirə 1 komanda ilə qatılır. Belə ki, Ukraynadan Lutsk, Latviyadan Riqa, Belarusdan Minsk, Polşadan Varşava jurnalistləri də yarışa təşrif buyuracaqlar.
Dairəvi sistemlə keçiriləcək yarışın oyunları ölçüləri standart futbol meydançasının 1/4-i olan süni meydançada baş tutacaq. Yarışdakı qarşılaşmaların hər biri 20 dəqiqədən ibarət olacaq: iki 10 dəqiqəlik hissə. Matçlar zamanı hər komanda meydanda qapıçı da daxil olmaqla, 7 nəfərlə mübarizə aparacaq, əvəzetmələr isə məhdudiyyətsizdir.
Azərbaycan jurnalistləri Litvada futbol turnirinə qatılacaqlar
Azərbaycan jurnalistləri Litvada futbol turnirinə qatılacaqlar
