...

Azərbaycanın Qusar rayonunda təbii qayalarda idman qayayadırmanması üzrə Respublika Çempionatı keçirilir

Cəmiyyət Materials 21 May 2011 18:33 (UTC +04:00)
Azərbaycanın Qusar rayonunda təbii qayalarda idman qayayadırmanması üzrə Respublika Çempionatı keçirilir
Azərbaycanın Qusar rayonunda təbii qayalarda idman qayayadırmanması üzrə 
Respublika Çempionatı keçirilir

Azərbaycan, Qusar, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Qusar rayonunda təbii qayalarda idman qayayadırmanması üzrə Respublika Çempionatı keçirilir. Çempionat Hava və Ekstremal İdman Növləri Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 20-22 may 2011-ci il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı təbii qayalarda keçirilir.

Yarışda FAIREX-in "Salavat", "Zirvə", "A+A", "Ekosport", "Climb-club", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "AzDBTİA", "Qərb Universitetinin idman klubu"nun, o cümlədən digər qurumların idmançıları iştirak edir.

60 nəfərdən çox idmançının qatılacağı yarış kişilər və qadınlar arasında iki mərhələdə (mürəkkəblik və boulderinq) keçirilir.

İdmançılar əvvəlcə təsnifat, daha sonra 1/8, 1/4, 1/2 və final yarışlarında birinci yer uğrunda mübarizə aparacaqlar.

Federasiyanın vitse-prezidentiu Sarvan Rəsulov jurnalistlərə bildirib ki, yarışın sonunda Qobustan qayalıqlarında sürət mərhələsi təşkil olunacaq.

Onun sözlərinə görə, distansiya və marşrutların təşkili üçün IFSC-nin (Beynəlxalq İdman Qayayadırmanma Federasiyası) tövsiyəsi ilə FAIREX tərəfindən Türkiyədən beynəlxalq dərəcəli mütəxəssis dəvət olunub.

Ölkəmizdə bilavasitə FAIREX-in təşkilatçılığı ilə belə yarışların keçirilməsi artıq ənənəvi xarakter alıb. Bu cür yarışlar gələcəkdə idmançılarımızın qayayadırmanma texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq alpinizm, qayayadırmanma və buzadırmanma təşkilatları ilə Federasiyanın
əlaqələrinin daha da genişləndirilməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti