Gürcüstan, Tbilisi, 25 may /Trend, müxbir N.Kirsxaliya/
Tbilisidə transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Konvensiya çərçivəsində görüş keçirilib. Görüşü ətraf mühitin qorunması üzrə nazir müavini Georgi Zedqenidze açıb.
Görüşdə Gürcüstan, Ermənistan, Azərbaycan və Türkiyənin ətraf mühitin qorunması üzrə nazirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Görüşün məqsədi təbiət qoruqlarına aid tədbirlərə yardım, qonşu ölkələr arasında məsləhətləşmələr əsasında ümumi maraqların müəyyənləşdirilməsi və ölkələr - Konvensiyanın tərəfləri və tərəfləri olmayanlar arasında əməkdaşlığın genişləndirilməsidir. Bu barədə Trend-ə Gürcüstanın Ətraf Mühitin Qorunması Nazirliyindən məlumat verilib.
Tbilisidə görüşü keçirməklə Gürcüstan Qafqaz ölkələri arasında təbii qoruqların fəaliyyətinə analitik yanaşmanın formalaşdırılmasına xidmət etməyə hazır olduğunu bildirir.