...

Azərbaycanda ilk platin yatağı aşkarlanıb

Cəmiyyət Materials 27 May 2011 12:29 (UTC +04:00)
Azərbaycanda ilk dəfə Şəmkirdə platin yatağı aşkarlanıb. Trend-in məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Azərbaycanda ilk platin yatağı aşkarlanıb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Şəmkirdə Azərbaycanda ilk platin yatağı aşkarlanıb. Trend-in məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazir bildirib ki, aparılan tədqiqatlar, eyni zamanda Moskva, Kanada və başqa ölkələrin laboratoriyalarına göndərilən nümunələrin təhlillərinin nəticəsi platin yatağının olduğunu təsdiqləyib.

Hazırda geoloqlar yatağın miqyasının dəqiqləşdirilməsi üzərində iş aparır. Həmin yataqda 80-100 ton ehtiyatın olduğu ehtimal edilir.

Bağırovun sözlərinə görə, geologiya sahəsində 66 çöl obyektində iş aparılıb.

Nazir bildirib ki, Şəmkir və Göygöl rayonları ərazisində yeni qızıl, polimetal yataqlarının aşkarlanması da geologiya sahəsində əldə edilmiş ən uğurlu nailiyyətlərdəndir.

Xəbər lenti

Xəbər lenti