...

Kuban Dövlət Aqrar Universiteti ilə Azərsun Holdinq arasında əməkdaşlıq memorandumu imzalanmışdır

Cəmiyyət Materials 30 May 2011 21:52 (UTC +04:00)
Kuban Dövlət Aqrar Universiteti ilə Azərsun Holdinq arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Kuban Dövlət Aqrar Universiteti ilə Azərsun Holdinq arasında əməkdaşlıq memorandumu imzalanmışdır

Kuban Dövlət Aqrar Universiteti ilə Azərsun Holdinq arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memoranduma əsasən Azərsun Holdinq və universitet kənd təsərrüafatı sahəsində əldə etdikləri təcrübi biliklərin, elmi yeniliklərin tətbiq olunması istiqamətində əməkdaşlıq edəcəkdir.

Qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün birgə elmi araşdırma layihələri həyata keçiriləcəkdir. Bu məqsədlə təşkil olunmuş təntənəli mərasimdə Krasnodar vilayətinin vitse qubernatoru, Kuban Dövlət Aqrar Universitetinin rektoru, elm ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən "Azərsun Holdinq"in İdarə Heyəti sədri Abdulbari Gözəl bu kimi layihələrin Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin daha da genişlənməsinə töhfə olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan şirkətlərinin imkanlarının genişlənərək müxtəlif ölkələrə sərməyə qoymasını, ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində mümkün omaqdadır. Abdulbari Gözələ Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru adı verilmişdir.

Xəbər lenti

Xəbər lenti