Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ali Məhkəməsində cinayət işlərinə dair mətbuatla əlaqələr üzrə hakim müəyyən edilib.
Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, cinayə işləri üzrə məhkəmə kollegiyasının hakimi Fərhad Kərimov məhkəmənin cinayət hüququ sahəsində mətbuatla əlaqəli hakimi təyin olunub.
Bir neçə il öncə Ali Məhkəmənin sədri Ramiz Rzayevin təşəbbüsü ilə məhkəmədə mülki və cinayət işlərinə dair mətbuatla əlaqələr üzrə iki hakim müəyyən edilib.
Jurnalistlər mülki və cinayət hüququ sahəsində suallara cavab tapmaq, bu sahə üzrə məhkəmədəki işlər barədə məlumat almaq üçün həmin hakimlərə müraciət edə bilərlər.
Mülki işlərə dair mətbuatla əlaqələr üzrə hakim Əsəd Mirzəliyevdir.