...

Azərbaycan millisi Qazaxıstanla oyundan "iki aldı" (ƏLAVƏ OLUNUB-5)

Cəmiyyət Materials 3 İyun 2011 19:52 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatı 2012-nin seçmə oyunları çərçivəsində Astanada Qazaxıstan millisi ilə qarşılaşır
Azərbaycan millisi Qazaxıstanla oyundan "iki aldı" (ƏLAVƏ OLUNUB-5)

Trend-i buradan izləyin

Sonuncu abzas əlavə edilib (ilk xəbər saat 18:00-da yayılıb)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatı 2012-nin seçmə oyunları çərçivəsində Astanada Qazaxıstan millisi ilə qarşılaşır.

Qazaxıstan paytaxtının "Astana Arena" stadionunda keçirilən görüş Azərbaycan millisinin qrupdakı beşinci oyunudur. Millimiz bir qələbə, üç məğlubiyyətlə qrupda beşinci yeri tutur.

Komandaların heyəti:

Qazaxıstan: Roman Nesterenko, Yuri Loqvinenko, Muxtar Muxtarov, Kayrat Nurdauletov (K), Kazbek Qeteriyev, Samat Smakov, Heynrix Şmitqal, Marat Xayrullin, Ulan Konysbayev, Sergey Qridin, Sergey Ostapenko.

Ehtiyat oyunçular: Andrey Sidelnikov, Aleksandr Kirov, Serikxan Mujikov, Jambıl Kukeyev, Məqsəd Baycanov, Sergey Xijniçenko, Mixail Rojkov.

Azərbaycan: Kamran Ağayev, Rail Məlikov, Rəşad Sadiqov, Vaqif Cavadov, Rauf Əliyev, Rəşad Sadıqov, Ruslan Abışov, Cavid Hüseynov, Maksim Medvedev, Vladimir Levin, Əfran İsmayılov.

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Ruslan Əmircanov, Aleksandr Çertoqanov, Murad Hüseynov, Vurğun Hüseynov, Vüqar Nadirov, Rahid Əmirquliyev.

Azərbaycanın yer aldığı birinci qrupda sonuncu altıncı yerdə bugünkü rəqibimiz Qazaxıstan komandasıdır. Qazaxıstan yığması hələ qol vurmayıb və xal qazanmayıb. Qrupumuzda bu gün həmçinin Avstriya Almaniya ilə, Belçika Türkiyə ilə qarşılaşacaq.

Avropa çempionatı 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək

Birinci hissədən sonra oyun heç-heçə qurtarıb (0:0). Birinci hissədə Rauf Əliyev qapıçı ilə təkbətək çıxsa da, bu şansdan istifadə edə bilməyib.

Matçın 58-ci dəqiqəsində Sergey Qridin Qazaxıstanı 1:0 hesabı ilə önə keçirtdi.

63-cü dəqiqədə oyuna daxil olan 17 nömrəli futbolçumuz Vüqar Nadirov hesabı bərabərləşdirdi.

69-cu dəqiqədə Sergey Qridin dubl edərək Qazaxıstanı yenidən önə keçirtdi.

Oyun 2:1 hesabı ilə Qazaxıstan yığmasının qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti