...

"Bank of Azerbaijan" ASC regional filial şəbəkəsini genişləndirməyi planlaşdırır

Cəmiyyət Materials 7 İyun 2011 14:20 (UTC +04:00)
"Bank of Azerbaijan" ASC regional filial şəbəkəsini genişləndirməyi planlaşdırır.
"Bank of Azerbaijan" ASC regional filial şəbəkəsini genişləndirməyi planlaşdırır

"Bank of Azerbaijan" ASC 2011 - ci ilin sonunadək Azərbaycanın reqionlarında müştərilərimizə və xalqımıza göstərilən xidmətləri daha da yaxın etmək və həmçinin həmin reqionların iqtisadi potensiallarını inkişaf etdirmək məqsədilə filial şəbəkəsinin genişləndirilməsini planlaşdırır.

Bankın yaydığı məlumata görə, yeni açılacaq reqional fililları Şəki, Quba və Lənkəran şəhərlərində yerləşəcək.

Bu filiallarda fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidməti, depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən biznes kreditlərinin verilməsi, plastik kartlar, mobil rabitə operatorları və kommunal xidmətlərin ödənilməsi, bank daxili köçürmələr, həmçinin beynəlxalq sistemlər vasitəsi ilə sürətli pulköçürmə xidmətləri təqdim ediləcək.

Qeyd edək ki, filial şəbəkəsinin genişləndirilməsi planı bankın uzunmüddətli strategiyasına uyğun həyata keçirilir. Hal - hazırda bankın ölkə üzrə 19 filial və şöbəsi fəaliyyət göstərir ki, bunun da 8-i regionda yerləşir.

Xəbər lenti

Xəbər lenti