...

Ötən ay ANAMA tərəfindən 4222 PHS zərərsizləşdirilib

Cəmiyyət Materials 8 İyun 2011 15:27 (UTC +04:00)
Bu ilin mayında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2 238 519 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Ötən ay ANAMA tərəfindən 4222 PHS zərərsizləşdirilib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Bu ilin mayında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2 238 519 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu müddətdə 4 222 PHS və 2 ədəd tank, 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Trend-ə ANAMA-dan məlumat verilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət, eləcə də 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edib.

İndiyədək ümumilikdə 162 769 632 kvadrat metr ərazi təmizlənib, 659 259 PHS tapılaraq zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcəbədi, Bərdə, Füzuli, Tərtər, eyni zamanda, Ağstafa rayonu Saloğlu kəndində və Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Bu ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti