...

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iclasında iştirak edəcək

Cəmiyyət Materials 8 İyun 2011 17:21 (UTC +04:00)
Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iclasında iştirak edəcək
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iclasında iştirak edəcək. Bunu Trend-ə çərşənbə günü Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İyunun 9-da Tehranda keçiriləcək iclasda İƏT-ə üzv ölkələrdə ekologiyanın qorunması sahəsində regional əməkdaşlıq barəsində sənədin imzalanması gözlənilir.

Həmçinin iclasda iştirak edəcək ekologiya nazirlərinin və müavinlərinin İran Prezidenti Mahmud Əhmədinejadla görüşü nəzərə tutulub.

İƏT 1985-ci ildə yaradılıb. 1992-ci ildə təşkilata yeddi yeni dövlət - Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, və Özbəkistan daxil olublar. Təşkilat 1993-cü ildə BMT-də, bir il sonra isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb.

Xəbər lenti

Xəbər lenti