...

Azərbaycanda cəzaçəkmə müəssisələrinin tikintisi yaxın 3-4 ilə yekunlaşacaq

Cəmiyyət Materials 14 İyun 2011 15:27 (UTC +04:00)
Azərbaycanda inşa olunan cəzaçəkmə müəssisələrinin tikintisi yaxın 3-4 ilə yekunlaşacaq. Trend-in məlumatına görə, bu barədə Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib.
Azərbaycanda cəzaçəkmə müəssisələrinin tikintisi yaxın 3-4 ilə yekunlaşacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda inşa olunan cəzaçəkmə müəssisələrinin tikintisi yaxın 3-4 ilə yekunlaşacaq. Trend-in məlumatına görə, bu barədə Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda 7 cəzaçəkmə müəssisəsi tikilir.

Quliyevin qeyd edib ki, müəssisələrin tikintisi ilk dəfə olaraq azərbaycanlı inşaatçılar tərəfindən aparılır.

PX rəisinin sözlərinə görə, öncə Şəkidə, Gəncədə cəzaçəkmə müəssisələri, Umbakıda həbsxasna və Zabratda qadın cəzaçəkmə müəssisəsinin istifadəyə verilməsi planlaşdırılılr.

Quliyev bildirib ki, müəssisələrin hər biri Avropa standartlarına uyğun inşa olunur.

"Həmin müəssisələrdə məhkumlar üçün bütün lazımi şərait yaradılacaq. Hər bir məhkumun saxlanma şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin ciddi nəzarətindədir və bunun üçün lazımi vəsait ayrılıb", - PX rəisi deyib.

Xəbər lenti

Xəbər lenti