Azərbaycan, Bakı, 14 iyun /Trend/
Azərbaycan Nazirlər Kabineti Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilməsi barədə qərar verib. Bu barədə Trend-ə çərşənbə axşamı Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycan Maliyyə Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilib
Nazirlər Kabineti Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilməsi barədə qərar verib.
