...

Bakı şəhər yol polisi sürücülərə xəbərdarlıq edir

Cəmiyyət Materials 15 İyun 2011 12:37 (UTC +04:00)
Bakı şəhər yol polisi Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda keçiriləcək bayram konserti ilə əlaqədar küçə və yollarda nəzarəti gücləndirəcək.
Bakı şəhər yol polisi sürücülərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər yol polisi Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda keçiriləcək bayram konserti ilə əlaqədar küçə və yollarda nəzarəti gücləndirəcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yol polisi bayram tədbiri ilə əlaqədar olaraq Dənizkənarı Milli Park boyu Neftçilər prospekti ilə Azneft dairəsindən Azadlıq meydanınadək və digər kəsişən küçə və yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərdən bu istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

Bu istiqamətdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq əhalidən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Bu gün saat 21:00-da Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunacaq. Saat 23:00-da isə atəşfəşanlıq olacaq.

Xəbər lenti

Xəbər lenti