...

Torontoda ermənilərin antitürk aksiyası tam iflasa uğrayıb (FOTO, VİDEO)

Cəmiyyət Materials 15 İyun 2011 13:10 (UTC +04:00)
Erməni Gənclər Federasiyası iyunun 10-da Torontoda (Kanada) Türkiyəni qondarma "erməni soyqırımı"nı tanımağa və "insan haqlarının pozulmasını dayandırmağa" çağıran 72 saatlıq aclıq aksiyasına başlayıblar.
Torontoda ermənilərin antitürk aksiyası tam iflasa uğrayıb (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Erməni Gənclər Federasiyası iyunun 10-da Torontoda (Kanada) Türkiyəni qondarma "erməni soyqırımı"nı tanımağa və "insan haqlarının pozulmasını dayandırmağa" çağıran 72 saatlıq aclıq aksiyasına başlayıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan-Amerika Şurasının məlumatında deyilir.

Ermənilər bazar günü də daxil olmaqla, üç gün ərzində Türkiyə konsulluğunun yanında olublar. İyunun 13-də 72 saatlıq aclıq aksiyası böyük etiraz aksiyası ilə başa çatmalı idi.

Lakin aclıq aksiyasının ilk günündən etibarən ermənilərin olduğu yolun o biri tərəfində azərbaycanlılar və türklər ermənilərin yalanları, onların təcavüzkar siyasi nifrəti, Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımı haqqında broşürlər və məlumat bülletenləri paylamağa başlayıblar. Azərbaycanlıların ehtiyatında həmçinin plakatlar, nişanlar, futbolkalar və bayraqlar da olub.

Əgər aksiyanın əvvəlində hər iki tərəfdən orada təxminən 40 nəfər iştirak edirdisə, sonradan ermənilər sayda onlardan iki dəfə çox olan azərbaycanlılar və türklərdən geri qalıblar. Ermənilərin dəvət etdikləri KİV nümayəndələri bütün diqqəti azərbaycanlılara və türklərə yönəldiblər. Aksiyanın başa çatmasına 40 dəqiqə qalmış ermənilər hadisə yerini tərk etməyə başlayıblar. Beləliklə, şəhərin azərbaycanlı və türk icması həmrəyliklərini bir daha nümayiş etdirərək özlərinin ilk və mühüm qələbələrini bayram ediblər.

Xəbər lenti

Xəbər lenti