...

Azərbaycan Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb

Cəmiyyət Materials 17 İyun 2011 16:42 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası iyunun 15-də Bakıda ABŞ jurnalisti Amanda Eriksona və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Silya Devisə naməlum şəxslər tərəfindən fiziki təzyiq göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.
Azərbaycan Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Mətbuat Şurası iyunun 15-də Bakıda ABŞ jurnalisti Amanda Eriksona və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Silya Devisə naməlum şəxslər tərəfindən fiziki təzyiq göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Trend-in məlumatına görə, bu barədə Şuradan cümə günü bildirilib.

Müraciətdə bildirilir ki, Erikson və Devisin ölkəmizdəki fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları üçün treninqlər keçirməkdən ibarət olub. Qeyd olunur ki, Erikson həmçinin ABŞ-ın nüfuzlu "Vaşinqton Post" və "Nyu-York Tayms" qəzetləri ilə də əməkdaşlıq edir.

"Mətbuat Şurası hər iki şəxsə qarşı təzyiq faktını pisləyir, bunu ölkəmiz barədə mənfi rəy yaratmağa yönələn təxribat xarakterli əməl kimi dəyərləndirir", - müraciətdə deyilir.

Məktubda həmçinin hadisəni törədənlərin tezliklə tapılaraq qanuna müvafiq surətdə məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti