...

Azərbaycan ərazisində istirahət günü hava küləkli olacaq

Cəmiyyət Materials 18 İyun 2011 13:34 (UTC +04:00)
Azərbaycan ərazisində istirahət günü hava küləkli olacaq.
Azərbaycan ərazisində istirahət günü hava küləkli olacaq

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində istirahət günü hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında iyunun 19-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti