...

İnzibati-iqtisadi məhkəmələrin fəaliyyəti ilə bağlı maarifləndirmə işləri aparılır

Cəmiyyət Materials 20 İyun 2011 12:00 (UTC +04:00)
Azərbaycanda inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti ilə əlaqədar əhalinin hüquqi maarifləndirilməsi işinə başlanılıb.
İnzibati-iqtisadi məhkəmələrin fəaliyyəti ilə bağlı maarifləndirmə işləri aparılır

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti ilə əlaqədar əhalinin hüquqi maarifləndirilməsi işinə başlanılıb. Bu məqsədlə Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yeni layihə həyata keçirir.

Konfederasiyadan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində yeni yaradılan inzibati-iqtisadi məhkəmələrlə əlaqədar əhaliyə düzgün məlumatların çatdırılması məqsədi ilə 30 saniyəlik iki video çarxın çəkilməsi, televiziya və radio kanallarında yayımlanması və kütləvi informasiya vasitələrində xüsusi sosial reklamların verilməsi nəzərdə tutulub.

Çarxlar mərkəzi və regional televiziya və radiolarda yayımlanacaq.

Bununla yanaşı, elektron KİV-də, informasiya portallarında həm çarxların, həm də inzibati-iqtisadi məhkəmələr barədə məlumatlandırıcı vəsaitin daha geniş auditoriyaya yayılması məqsədilə geniş maarifləndirici tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti