...

Tbilisidə BMT-nin yardımı ilə Kür-Araz çayları hövzəsində suyun keyfiyyətinin yaxşılaşdırılması üzrə görüş keçirilib

Cəmiyyət Materials 21 İyun 2011 17:54 (UTC +04:00)
Tbilisidə BMT İnkişaf Proqramı layihəsinin regional işçi görüşü keçirilib.
Tbilisidə BMT-nin yardımı ilə Kür-Araz çayları hövzəsində suyun keyfiyyətinin yaxşılaşdırılması üzrə görüş keçirilib

Gürcüstan, Tbilisi, 21 iyun /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə BMT İnkişaf Proqramı layihəsinin regional işçi görüşü keçirilib. Görüşü Gürcüstanın ətraf mühitin qorunması üzrə nazir müavini Georgi Zedqinidze və BMT-nin Gürcüstandakı nümayəndəsi Ceymi Makqoldrik açıb.

"Bugünkü tədbir çox mühümdür, çünki biz növbəti regional görüşü qəbul edirik. Gürcüstan bu prosesdə aparıcı ölkədir. O, bu görüşü Azərbaycan və Ermənistanla birlikdə təşkil edib. İştirakçılar qonşu ölkələrin çaylarda regional işlərin yaxşılaşdırılması, onların idarə edilməsi və monitorinqi məqsədilə bu prosesə qoşulması məsələsini müzakirə edəcəklər", - Zedqinidze bildirib.

UNDP/GEF-in "Kür-Araz çayları hövzəsinin transsərhəd deqradasiyasının azaldılması" layihəsi Qafqaz ölkələrində su resurslarının davamlı idarə edilməsinə kömək göstərilməsi, çaylarda suyun keyfiyyətinin və monitorinq sisteminin yaxşılaşdırılması məqsədini qoyur.

"Bu, layihənin birinci mərhələsidir. Görüşdə Gürcüstan, Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri iştirak edir. Layihənin məqsədi su resurslarının birgə idarə edilməsinin işlənib hazırlanması və əməkdaşlığın dərinləşdirilməsidir", - Makqoldrik bildirib.

Görüşdə Azərbaycan, Gürcüstan və Ermənistanın ətraf mühitin qorunması üzrə nazirliklərinin, BMT, Aİ və su resursları sahəsində həyata keçirilən beynəlxalq layihələrin nümayəndələri iştirak ediblər.

Layihə 2013-cü ildə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti