Azərbaycan, Bakı, 23 iyun /Trend/
Minsk şəhərində yüngül atletika idman növü üzrə beynəlxalq turnir keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, milli komandanın üzvü Dmitri Marşin atletikanın çəkic atma proqramında 74.04 m nəticə göstərərək 3-cü yerə sahib olub.
Nəticə olimpiya normativinə uyğun olduğuna görə Dmitri Maşin London Olimpiadasına ölkəmiz üçün ilk lisenziyanı qazanıb.
Qeyd edək ki, Dmitri Marşin "Ümid" klubunun nümayəndəsidir.
Azərbaycan London Olimpiadasına ilk lisenziyasını qazandı
London Olimpiadasına ilk lisenziya yüngül atletikadan gəldi
