Fikrimcə, bütün uğurlarda iki səbəb var - bu, zəhmət və bir qədər bəxti gətirməkdir - Emin Ağalarov (MÜSAHİBƏ)

Fikrimcə, bütün uğurlarda iki səbəb var - bu, zəhmət və bir qədər bəxti gətirməkdir - Emin Ağalarov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir V.İmanov/

Məşhur azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarovun Bakıdakı konserti ərəfəsində Trend-ə eksklüziv müsahibəsi

- Salam, Emin. İyulun 7-də Siz yenidən Bakıda Yaşıl teatrda xeyriyyə konserti ilə çıxış edəcəksiniz. Öz pərəstişkarlarınızı və bayram gecəsinin qonaqlarını yenə nə ilə təəccübləndirəcəksiniz?

- Hər şeydən əvvəl ümid edirəm ki, son aylar görülən işlərin nəticəsini onlara göstərmək mənə müyəssər olacaq. Mənə elə gəlir ki, biz musiqiçilərim və bütün komandamızla sonuncu konsertdən ötən dövr ərzində irəli getməyə nail olmuşuq. Bunu dərhal izah etmək çətindir, ümid edirəm ki, tamaşaçılar nə barədə danışdığımı başa düşəcəklər. Əlbəttə, premyeralar - yeni mahnılar, yeni kliplər də olacaq. Bunsuz mümkün deyil.

- Bu ili Sizin yaradıcılığınızda çox uğurlu və məhsuldar adlandırmaq olar - yeni "Wonder" albomunun uğuru, "Any Time You Fall" və "Obvious" kompozisiyaları Britaniyanın 80-dən artıq radiostansiyasında hitə çevrildi. Təkcə dünya şöhrətli rejissor Fil Qriffinlə iş nəyə desən dəyər. Siz həm də "GQ Russia" jurnalının hər il təqdim etdiyi nüfuzlu "İlin adamı" mükafatının nominantı da olmusunuz. Belə fantastik uğurun səbəbi nədir?

- Fikrimcə, bütün uğurlarda iki səbəb var. Bu, zəhmət və bir qədər bəxti gətirməkdir. Sizin barəsində danışdığınız belə şeylərin baş verməsi o deməkdir ki, iş yaxşı görülüb və şərait düzgün qurulub. Elə mənim Fillə tanışlığım - bu elə həmin bir qədər bəxti gətirmədir - "Wonder" albomunu buraxdığımız zaman gördüyümüz nəhəng işin tamamlanması üçün lazım idi. Tanışlıq yeni vəzifəyə çevrildi - biz Fillə kliplərlə, filmlərlə məşğul olduq. Və GQ mükafatı, daha dəqiq desək, nominasiyası çox güman ki, hər gün görülən, lakin diqqət mərkəzinə düşməyən işlərin sadəcə qiymətləndirilməsidir.

- Yeri gəlmişkən, Fil Qriffinin işlərindən biri Sizin haqqınızda sənədli filmdir. Orada musiqi karyerası naminə biznesdən uzaqlaşmağı qərara alan iş adamının əhvalatından danışılacaq.

- Dərhal demək istəyirəm ki, mən biznesdən getməyə hazırlaşmıram. Sadəcə musiqi sahəsində işlərin artması ilə əlaqədar bunun üçün daha çox vaxt ayırmaq lazım gəlir, lakin bu o demək deyil ki, mən özümün başqa məşğuliyyətlərimi atmağa hazırlaşıram. Filin çəkdiyi filmə gəldikdə isə nəticədə nə alınacağını qabaqcadan söyləmək kifayət qədər çətindir, amma artıq çəkilib tamamlanmış və montaj olunmuş materiala əsaslanaraq deyə bilərəm ki, bu, kifayət qədər maraqlı olacaq.

- Sizin üçün harada daha çətin olur - biznesdə, yoxsa səhnədə?

- "Çətin" sözündən mənim heç xoşum gəlmir. Ona görə ki, hər hansı problemi, yaxud çətinliyi maraq stimullaşdırır. Odur ki, mən "maraqlı" deməyə üstünlük verirəm. Hər halda mənə musiqi ilə məşğul olmaq çox güman ki, daha maraqlıdır. Məhz buna görə də son vaxtlar mən biznesə nisbətən az diqqət ayırıram: orada iş prosesini yoluna qoymaq, səriştəli adamları tapmaq kifayətdir və o, artıq təşəkkül tapma prosesindəki kimi çox vaxt tələb etməyəcək. Musiqi isə hər hansı yaradıcılıq kimi daimi diqqət tələb edir. Və musiqidə ona məşq üçün dörd saat əvəzinə yarım saat həsr etməyin lazım gələcəyi sxemi fikirləşib tapa bilmirsən. Hətta əgər səninlə virtuozlar çalışırlarsa, hər halda bir yerdə məşq edərək ahəng yaratmaq, ümumi dil tapmaq, konsert aranjirovkaları üzərində işləmək lazımdır və s.

- Məlum olduğu kimi, özünüz üçün musiqini özünüz yazırsınız. Öz kompozisiyalarınızı necə qurursunuz, nədən ilham alırsınız?

- Mənim üçün bu suala cavab vermək çətindir, çünki mən onun cavabını bilmirəm. Mən çoxlu sayda başqa artistləri dinləyirəm, konsertlərə gedirəm, mən işlə, münasibətlərlə, kitablardan, filmlərdən aldığım təəssüratlarla bağlı hansısa hissləri yaşayıram... Mənim musiqim sanki yaşadığım reallıqların, təəssüratlarımın və təcrübəmin fasiləsiz ardıcıllığında düzülmüş bir neçə musiqi əsəridir. Və mənə bir hadisəni digərindən ayırmaq çətindir, çünki onların hamısı bir-biri ilə o qədər bağlıdır, bir-birinə o qədər təsir edirlər ki, onlar öz-özlüyündə mövcud olmurlar. Həm də hər hansı musiqi sadəcə çılpaq ilham deyil. Bu həm də işdə, məşqlərdə, studiyada, musiqiçilərlə söhbət zamanı insanın ağlına gələn həmin melodiyaların "təraşlanmasıdır". Odur ki, bu ahəngi sənə yazmağa imkan verən ilkin hiss kompozisiyanın final variantında ümumiyyətlə hiss olunmaya bilər.

- Bu gün səhnədə mahnıları sərbəst, zərif və kübarcasına, özü də canlı - fonoqramsız ifa edən müğənniləri çox nadir hallarda görmək olar. Səhnə mədəniyyətini kimdən öyrənmisiniz?

- Xoş sözlərə görə təşəkkür edirəm. Hesab edirəm ki, hər şeyin təcrübədən irəli gəldiyini demək düzgün olardı.

- Bu əlamətdar hadisə 2007-ci il sentyabrın 17-də Müslüm Maqomayevin yubiley gecəsində baş verdi. "My way" kompozisiyasını ifa edərkən əfsanəvi müğənni mikrofonu məhz Sizə təqdim etdi. Həmin an nə hiss etdiniz və bu, gələcək yaradıcılığınıza necə təsir etdi?

- Müslüm Maqomayev daim mənə mehriban münasibət göstərib və düşünürəm ki, o mənim musiqiyə olan meylimi gördü və bu ona təsir bağışladı. Mənə tez-tez deyərdi: "Mən səni ofisdə, masa arxasında, kağızlarla təsəvvür edə bilmirəm! Sən səhnədə olmalısan, sənə oxumaq lazımdır". Mən onun sözlərini hələ uşaqlıqdan tanıdığı 25 yaşlı oğlana mehribanlığı kimi qəbul edirəm, lakin mən bunu xeyir-dua kimi qəbul etmirəm. Halbuki artıq neçənci dəfədir ki, onunla birgə çıxışımla bağlı sevincimi ifadə etməyə bilmirəm - bu, unudulmaz idi!

- Böyük rəqabətin mövcud olduğu müasir estradada uğur qazanmaq üçün gənc istedadlı musiqiçilərə nəyi məsləhət görərdiniz?

- İşləmək, öz gücünü sınamaq, öz şansını axtarmaq lazımdır. Təbii ki, start şərtləri hamı üçün eyni deyil. Lakin əgər siz kifayət qədər zəhmətsevərsinizsə, əgər xarakteriniz, böyük uğura yol açan bir damcı bəxtiniz varsa, mütləq ortaya çıxacaq. Həm də indi radio və televiziyadan asılı olmamaq olar. İnternet, YouTube var. Bu gün musiqi üçün artıq heç bir sərhəd yoxdur. Məsələ ancaq arzuda, xarakterdə və öyrənmək bacarığındadır.

- Bir çox sosial şəbəkələrdə və forumlarda məhz Sizi Bakıda keçiriləcək "Eurovision 2012"-də Azərbaycanı təmsil edəcək ən layiqli namizəd adlandırırlar. Bunu necə şərh edərdiniz?

- Belə münasibət məni riqqətə gətirir. Və məni belə şərəfə layiq görən hər bir kəsə minnətdarlığımı bildirirəm. Lakin məsələ ondadır ki, mən öz musiqimi müsabiqələr, yarışlar naminə bəstələmirəm. "Eurovision" isə hər halda yarışdır. Yarışlarda qələbə gənc artistlərə lazımdır. Bu, diqqəti özünə cəlb etməyin, Avropanın rəğbətini qazanmağın, öz ölkəni şöhrətləndirməyin yaxşı üsuludur. Mənə isə özümü yeni başlayan adlandırmaq çətindir. Ona görə də mən təklif edilən şərəfdən imtina etməyə məcburam, lakin "Eurovision 2012" ilə bağlı bütün təşəbbüslərdə Azərbaycana və onun nümayəndələrinə kömək etməyə hazıram.

Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
Loading Bars
Xəbər lenti
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 036 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)
Azərbaycan HDQ zabitləri Türkiyədəki təcrübə kursunu uğurla başa vurublar
Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib
Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Masallıda COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib (FOTO)
Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək
İranda koronavirusdan daha 171 nəfər ölüb
İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək
Türkiyə xüsusi təyinatlıları terrorçuların daha bir hücum cəhdinin qarşısını aldı, 5 terrorçu məhv edildi (FOTO/VİDEO)
ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb
Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Özbəkistandakı seçkilər zamanı MDB müşahidəçiləri heç bir pozuntu qeydə almayıb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Saatlı və Sabirabadda COVİD-19-la bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən foto paylaşıb (FOTO)
Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb
Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var
Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb
Özbəkistanda prezident seçkiləri keçirilir
Bakıda birmərtəbəli ev yanıb
Balakəndə qaydalara riayət etməyənlər cərimələnib (FOTO)
Filippin sahillərində güclü zəlzələ olub
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Almaniyada koronavirusa yoluxma hallarının sayı rekord dərəcədə artıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Bütün xəbərlər