...

Azərbaycanda 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 28 İyun 2011 17:55 (UTC +04:00)
Təhsil Nazirliyi 2010-2011-ci tədris ili üçün ölkədə ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2010-2011-ci tədris ili üçün ölkədə ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, imtahanın nəticələrini www.edu.gov.az saytında "İmtahan" bölməsində yerləşdirilib.

Buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlanılıb və 17-dək davam edib.

Şagirdlərin şəhadətnaməyə yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti