...

Azərbaycanda 2015-ci ilədək ailə həkimləri fəaliyyətə başlayacaqlar

Cəmiyyət Materials 29 İyun 2011 14:39 (UTC +04:00)
Azərbaycanda 2015-ci ilədək ailə həkimləri fəaliyyət göstərməyə başlayacaqlar. Trend-in məlumatına görə, bu,"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulub.
Azərbaycanda 2015-ci ilədək ailə həkimləri fəaliyyətə başlayacaqlar

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2015-ci ilədək ailə həkimləri fəaliyyət göstərməyə başlayacaqlar. Trend-in məlumatına görə, bu, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulub.

Tədbirlər Planında qeyd edilib ki, həmin müddətədək Səhiyyə Nazirliyi ailə həkimlərinin hazırlığını sürətləndirəcək.

Bununla yanaşı, 2015-ci ilədək səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi istiqamətində zəruri tədbirlər həyata keçiriləcək.

Ali tibbi təhsildə yeni tədris proqram və metodları tətbiq ediləcək, müvafiq ixtisaslar üzrə dövlət təhsil standartları təkmilləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti