...

Bu il Azərbaycanda 18 min məzuna attestat verilməyəcək

Cəmiyyət Materials 30 İyun 2011 18:09 (UTC +04:00)
Bu il Azərbaycanın orta məktəblərinin 11-ci sinfini bitirən məzunların 17-18 mininə attestat verilməyəcək.
Bu il Azərbaycanda 18 min məzuna attestat verilməyəcək

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu il Azərbaycanın orta məktəblərinin 11-ci sinfini bitirən məzunların 17-18 mininə attestat verilməyəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Nazir qeyd edib ki, məzunların 82 faizi attestat ala bilib. Buraxılış imtahanının nəticələrini yüksək qiymətləndirən Mərdanov bildirib ki, hazırda məzunların imtahanın nəticələri ilə bağlı şikayətlərinə baxılır.

Onun sözlərinə görə, imtahanın nəticələrindən narazı qalan məzunlar nazirliyə şikayətlə müraciət edə bilərlər.

Nazir onu da əlavə edib ki, bu il orta məktəbi bitirən təxminən 100 min məzunun yalnız 36-sına qızıl medal veriləcək.

Xəbər lenti

Xəbər lenti