...

QHT-lərə Dövlət Dəstəyi Şurası 2011-ci il üçün yeni maliyyə müsabiqəsi elan edib

Cəmiyyət Materials 1 İyul 2011 18:43 (UTC +04:00)
Cümə günü Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası olub.
QHT-lərə Dövlət Dəstəyi Şurası 2011-ci il üçün yeni maliyyə müsabiqəsi elan edib

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Cümə günü Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası olub.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sədr Azay Quliyev iclası açaraq gündəlikdə duran məsələləri - Şuranın turizm mövzusunda elan etdiyi maliyyə yardımı müsabiqəsinin nəticələri; Şuranın 2011-ci il üçün yeni maliyyə yardımı müsabiqəsinin elan edilməsi; Şuranın 2011-ci ilin II rübündəki fəaliyyəti haqqında hesabat haqqında; "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda Şuranın üzərinə düşən vəzifələri və cari məsələləri elan edib.

Mayın 16-da turizm mövzusunda elan edilmiş müsabiqənin yekunları ilə bağlı qeyd edilib ki, müsabiqə çərçivəsində Şuraya 55 QHT-dən layihə təklifi daxil olub. 9 QHT-nin layihə sənədləri Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılıb. 46 layihə təklifi ekspertizaya göndərilib. Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 28 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Müsabiqənin ilkin fondu 80 min manat təşkil etsə də, Şura mövzunun və layihələrin aktuallığını nəzərə alaraq, bu məbləğə daha 30 min manat əlavə edib.

Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilib.

Müsabiqənin nəticələri ilə bağlı apelyasiya ərizələri Şuranın Katibliyində iyulun 8-i saat 15:00-dək qəbul edilir.

Şura 2011-ci il üçün yeni maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul edib. Müsabiqə elanı və müvafiq sənədlər toplusu Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti