...

Azərbaycanda isti hava şəraiti ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib

Cəmiyyət Materials 7 İyul 2011 10:34 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Trend-ə bildirib ki, bununla bağlı müdafiə naziri Səfər Əbiyev müvafiq əmr imzalayıb.
Azərbaycanda isti hava şəraiti ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Trend-ə bildirib ki, bununla bağlı müdafiə naziri Səfər Əbiyev müvafiq əmr imzalayıb.

Sabiroğlu bildirib ki, əmrə görə, hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində saxlanılır.

Nazirlik rəsmisinin sözlərinə görə, məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, ilk növbədə, günvurmadan qorumaqdır.

Son həftə ərzində Azərbaycan ərazisində havanın hərarəti yüksəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə qalxacaq.

Xəbər lenti

Xəbər lenti