...

Azərbaycanda yol polisi olmaq istəyənlərin xarici dil bilikləri yoxlanılacaq

Cəmiyyət Materials 11 İyul 2011 16:20 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq yol patrul xidmətinə qəbul olunmaq istəyənlərin xarici dil bilikləri yoxlanılacaq.
Azərbaycanda yol polisi olmaq istəyənlərin xarici dil bilikləri yoxlanılacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ilk dəfə olaraq yol patrul xidmətinə qəbul olunmaq istəyənlərin xarici dil bilikləri yoxlanılacaq.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Azərbaycana xarici turistlərin axını, müxtəlif sahələrdə xarici ölkə vətəndaşlarının işləməsini nəzərə alaraq, yol patrul xidmətinə qulluğa qəbul olunacaq şəxslər xarici dildə danışmağı bacarmalıdır.

Bunun üçün yol patrul xidməti əməkdaşlarının söz ehtiyatı olmalıdır.

Namizədlərin xarici dil bilikləri müsabiqə komissiyasının üzvləri tərəfindən veriləcək suallar əsasında müəyyən ediləcək.

Əliyev bildirib ki, namizədlər fiziki hazırlıq səviyyəsinin minimal normativlərini ödədikləri halda, Baş İdarədə yol hərəkəti qaydaları üzrə test imtahanı verəcəklər.

İdarə rəsmisi bildirib ki, Bakı və respublikanın rayonları üzrə yol patrul xidmətində 100-ə yaxın vakant yer var.

İdarə Yol Patrul Xidməti Alayının, yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.

Namizədlər fiziki hazırlıq səviyyəsinin minimal normativlərini ödəməlidirlər.

İyulun 10-dan başlayan sənəd qəbulu ayın axırınadək davam edəcək.

Xəbər lenti

Xəbər lenti