Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda "Korrupsiyaya YOX deyək" adlı rep hazırlanıb.
Trend-in məlumatına görə, "Sukan.az" portalı tanınmış reper Jalal MC ilə birlikdə "Korrupsiyaya YOX Deyək" adlı repi geniş ictimaiyyətinin diqqətinə çatdırıb.
Repin hazırlanmasında məqsəd gəncləri imtahan verməklə sürücülük vəsiqəsinin alınmasına hazırlamaq, yol hərəkəti və təhlükəsizliyi ilə bağlı problemlərin ictimailəşdirilməsi, sürücü və piyada etikasının, sürücülər arasında piyadalara münasibətdə hörmətin təşviq edilməsindən ibarətdir.
Rep ictimaiyyətə yeni təqdim olunsa da, ictimaiyyət tərəfindən müsbət qarşılanıb və qısa zaman içərisində geniş rəğbət qazanıb.
Repi http://www.youtube.com/watch?v=WL3YKVG11FU linkdə dinləmək olar.