...

Rusiya-Azərbaycan Dostluq Şurasının sədri RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasına daxil olub

Cəmiyyət Materials 20 İyul 2011 12:28 (UTC +04:00)
Rusiya-Azərbaycan Dostluq Şurasının sədri , Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Trend-in Ekspert Şurasının üzvü Yefim Pivovar RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasına daxil olub.
Rusiya-Azərbaycan Dostluq Şurasının sədri RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasına daxil olub

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Rusiya-Azərbaycan Dostluq Şurasının sədri , Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Trend-in Ekspert Şurasının üzvü Yefim Pivovar RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasına daxil olub.

RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurası (bundan sonra Şura) dövlət başçısını elm, texnologiyalar və təhsil sahəsindəki vəziyyətlə bağlı məlumatlandırmaq, onun elmi təşkilatlar və təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrini təmin etmək, Rusiya Prezidentinin dövlətin elmi-texniki, innovasiya və təhsil sahəsindəki siyasətinin aktual məsələlər üzrə təkliflərinin hazırlanması üçün RF Prezidenti yanında məsləhətçi orqandır.

Şura Rusiya Federasiyasının dövlət mükafatlarını almaq üçün təqdim edilən əsərlərin qəbulunu və ekspertizasını, eləcə də gənc alimlər üçün elm və innovasiyalar sahəsində Rusiya Federasiyası Prezidentinin mükafatlarını təşkil edir, həmçinin göstərilən mükafatların verilməsinə dair məsələlərə baxır, Rusiya Prezidentinə müvafiq təkliflər təqdim edir.

Yefim Pivovar 1949-cu il dekabrın 15-də Moskva şəhərində anadan olub. Tarix elmləri doktoru (1987-ci il), professor (1989-cu il), Rusiya Dövlət Humanitar Universitetinin (2006-cı ildən) rektorudur. RDHU xarici postsovet ölkələri kafedrasının müdiri, M.V.Lomonosov adına MDU-nun yaxın xarici ölkələr tarixi kafedrasının müdiridir. Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür (2008-ci ildən). RDHU-nun Alimlər Şurasının sədri, RDHU-nun tarix elmləri üzrə dissertasiya şurasının sədridir.

Xəbər lenti

Xəbər lenti