...

TQDK sədri Odlar Yurdu Universiteti ilə yaranan ziddiyyətlərlə aydınlıq gətirib

Cəmiyyət Materials 22 İyul 2011 11:54 (UTC +04:00)
Azərbaycanda rezidenturaya sənəd qəbulunun avqustun 10-dan sonra elan edilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
TQDK sədri Odlar Yurdu Universiteti ilə yaranan ziddiyyətlərlə aydınlıq gətirib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda rezidenturaya sənəd qəbulunun avqustun 10-dan sonra elan edilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il ilk dəfə keçirildiyi üçün rezidenturaya qəbul imtahanları sentyabrda təşkil ediləcək. Amma gələn il bu prosesin daha tez aparılması planlaşdırılır.

TQDK sədri deyib ki, gələn il iyulun 1-dək rezidenturaya qəbul imtahanları keçiriləcək. Rezidenturaya daxil olmayan məzunlar isə həqiqi hərbi xidmətə çağırılacaqlar.

Abbaszadənin sözlərinə görə, TQDK bu il rezidenturaya qəbul ləngidiyi üçün oğlan məzunların həqiqi hərbi xidmətdən bir çağırış müddəti azad olunması üçün Müdafiə Nazirliyinə müraciət edib. Rezidenturaya daxil ola bilməyəcək məzunlar artıq oktyabrda hərbi xidmətə gedəcəklər.

Abbaszadə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin rəhbərlik etdiyi məktəbin tibb ixtisası üzrə təhsil almış oğlan məzunlarının rezidenturaya qəbul imtahanlarında iştirakı ilə bağlı müraciətinə və bu məsələ ilə bağlı yaranmış ziddiyyətli fikirlərə bir daha aydınlıq gətirib.

"Həmin məktəbin məzunları arasında TQDK-nın xətti ilə daxil olmayan şəxslər var. Əhməd müəllim bildirir ki, onlar köçürülüblər. Amma məsələ ondadır ki, onlar köçürülməmişdən əvvəl - 2005-ci ildə TQDK-nın keçirdiyi imtahanlarda iştirak ediblər və aşağı bal toplayıblar. Mən bilmirəm ki, onlar Moskva Sosial Universitetinə, Moskva Dövlət Açıq Universitetinə necə daxil olublar. Biz onları qəbul etməmişik. Həmin məzunların rezidenturaya qəbul imtahanlarında iştirakı məqsədilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı müraciət olunması da mümkün deyil", - Abbaszadə deyib.

Xəbər lenti

Xəbər lenti