...

Azərbaycan ali məktəblərinin magistraturalarındakı vakant yerlərin siyahısı gələn həftə açıqlanacaq

Cəmiyyət Materials 22 İyul 2011 12:24 (UTC +04:00)
Azərbaycan ali məktəblərinin magistratura pilləsi üzrə vakant yerlərin siyahısı gələn həftə açıqlanacaq.
Azərbaycan ali məktəblərinin magistraturalarındakı vakant yerlərin siyahısı gələn həftə açıqlanacaq

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ali məktəblərinin magistratura pilləsi üzrə vakant yerlərin siyahısı gələn həftə açıqlanacaq. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, magistraturaya qəbul olunan bakalavrlardan 461 nəfər daxil olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Buna görə də onlar magistraturaya qəbul olunanların siyahısından çıxarılıb.

TQDK sədri həmin bakalavrlara hər hansı güzəştin edilməyəcəyini də söyləyib.

"Onlara qeydiyyatdan keçmək üçün kifayət qədər vaxt verilmişdi. Onların qeydiyyat müddətini də uzatmışdıq. Biz onları bir-bir axtara bilmərik. Qeydiyyatdan keçməyən 461 nəfərin yeri vakant yer elan olunacaq. Vakant yerlərin siyahısı gələn həftə işıq üzü görəcək "Magistr" jurnalının növbəti sayında açıqlanacaq", - Abbaszadə deyib.

Xəbər lenti

Xəbər lenti