Azərbaycan, Bakı, 25 iyul /Trend/
Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,8 faiz artıb. Bu barədə bazar ertəsi Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.
Məlumata görə, cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1297 nəfər əcnəbi vətəndaş qeydiyyata götürülüb. Beləliklə, 2011-cu il iyulun 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 11 409 nəfərə yüksəlib.
Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi Тürkiyə vətəndaşları çoxluq təşkil edir - 6627 nəfər. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1420 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə hazırda 597 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (378 nəfər), Hindistan (271), Çin Xalq Respublikası (232), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (136), Özbəkistan (131), Pakistan İslam Respublikası (97), Almaniya (91), Ukrayna (90), Malayziya (80), Türkmənistan (72), Qazaxıstan (66 ), ABŞ (61 ) və s. ölkələr gəlir.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilir.
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,8 faiz artıb
Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,8 faiz artıb. Bu barədə bazar ertəsi Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.