...

Azərbaycanlı tələbələr Norveç terroru qurbanlarının xatirəsini anıblar (FOTO)

Cəmiyyət Materials 25 İyul 2011 16:35 (UTC +04:00)
Azərbaycanlı tələbələr Norveç terroru qurbanlarının xatirəsini anıblar. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanlı tələbələr Norveç terroru qurbanlarının xatirəsini anıblar (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı tələbələr Norveç terroru qurbanlarının xatirəsini anıblar. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən məlumat verilib.

ATGTİ nümayəndələri iyulun 22-də Norveçin paytaxtı Oslo şəhərində baş vermiş terror aktında həlak olmuş gənclərin (tələbələrin) xatirəsini yad etmək üçün Norveç Krallığının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət ediblər.

ATGTİ fəalları həlak olanların xatirəsinə yaradılmış guşəyə gül düzüblər. İttifaqın sədri Şahin İsmayilov səfir Erlinq Şönsberqə başsağlığı məktubu təqdim edib və vuğulayıb ki, Azərbaycan tələbələri baş vermiş terror aktını qətiyyətlə pisləyirlər.

Öz növbəsində, səfir Şönsberq çətin anda onlarla birgə olduqlarına görə Azərbaycan tələbələrinə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti