...

Azərbaycan hokkeyçiləri Avropa çempionatında qrup birincisi oldular

Cəmiyyət Materials 28 İyul 2011 18:40 (UTC +04:00)
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası dünən İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatında ikinci oyununu keçirib.
Azərbaycan hokkeyçiləri Avropa çempionatında qrup birincisi oldular

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası dünən İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatında ikinci oyununu keçirib.

Azərbaycan Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, "A" qrupunda yer alan yığmamız İtaliya hokkeyçiləri ilə qarşılaşıb. Oyun əslində həmyerlilərimiz üçün çox da prinsipial xarakter daşımırdı. Beləki, ilk turda Xorvatiya təmsilçiləri üzərindəki 6:2 hesablı qələbə millilərimizə yarımfinalda oynamaq hüququ vermişdi. Amma yarışın reqlamentinə görə , pley-offda "A" qrupunun qalibi "B" qrupunun 2-cisi ilə(və ya əksinə) qarşılaşdığından italiyalılarla görüşdə minimal hesabla uduzmaq da komandamıza ilkin mərhələni lider kimi başa vurmaq imkanı verirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan hokkeyçiləri meydan sahibləri ilə matçda 2 dəfə hesabda geri qalsalar da, oyunda heç-heçə qeydə alınıb-2:2. Beləliklə, kişi hokkeyçilərimiz səviyyəcə III Avropa çempionatında 4 xalla "A" qrupunun lideri kimi yarımfinala vəsiqə qazanıb.

Həmin mərhələdə yığmamızın rəqibi "B" qrupunda 2-ci yeri tutan Cəbəllütariq hokkeyçiləri olacaq. Digər yarımfinal cütünü İtaliya və İsveçrə komandaları təşkil edəcək. Pley-off oyunları sabah keçiriləcək. Komandamız Cəbəllütariq təmsilçiləri ilə cümə günü Bakı vaxtı ilə saat 23 :30 -da görüşəcək. Yekunda yarımfinalda qələbə qazananlar növbəti mövsümdən Avropa çempionatının II diviz ionunda yarışmaq hüququ əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti