...

Əli Laricani Ramazan ayı münasibətilə müsəlman ölkələrinin parlament rəhbərlərini təbrik edib

Cəmiyyət Materials 30 İyul 2011 11:56 (UTC +04:00)
Əli Laricani mübarək Ramazan ayı münasibətilə dünya müsəlman ölkələrinin parlament rəhbərlərinə təbrik məktubu göndərib.
Əli Laricani Ramazan ayı münasibətilə müsəlman ölkələrinin parlament rəhbərlərini təbrik edib

Azərbaycan, Bakı, 30 iyul /Trend/

İran parlamentinin spikeri Əli Laricani mübarək Ramazan ayı münasibətilə dünya müsəlman ölkələrinin parlament rəhbərlərinə təbrik məktubu göndərib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Laricani təbrik məktubunda Ramazan ayını müsəlman xalqları üçün qardaşlıq, birlik, misilsiz ay kimi dəyərləndirib.

"Mübarək Ramazan ayının başlaması münasibətilə bütün müsəlman xalqlarını təbrik edirəm. İslami oyanış hərəkatları müsəlman xalqları üçün çox yaxşı gələcək və İslam düşmənləri üçün zillət olacağını müjdə verir", - məktubda deyilir.

Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayır, iyulun 31-i niyyət gecəsidir.

Xəbər lenti

Xəbər lenti