...

Azərbaycan gimnastı Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında 4-cü oldu

Cəmiyyət Materials 1 Avqust 2011 15:33 (UTC +04:00)
Azərbaycan gimnastı Elvin Ağadadayev Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında dördüncü yeri tutub.
Azərbaycan gimnastı Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında 4-cü oldu

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycan gimnastı Elvin Ağadadayev Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında dördüncü yeri tutub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağadadayev seçmə hərəkətlərdə yalnız bir alətdə - atda çıxış edərək finalda 8-ci yerdə qərar tutub. Finalda Elvin 12,775 bal toplayaraq yarım bal fərqi ilə Belçika gimnastı Maksim Gentgesə bürünc medalıuduzub. Qızılı Belarus idmançısı Vasili Mixalitsın, gümüşü isə rusiyalı Sergey Stepanov qazanıb.

Komandamızdakı ikinci gimnast - Ruslan Balakişiyev çoxnövçülükdə 69,3 balla 72-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti